searchclose

Dövlət Rüsumlarında "e-bildiriş"-in tətbiqinə başlanılır. Hələ də məlumatlı deyilsən?

Rightwellton xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında" Qərar qəbul edib. 

 

Müvafiq qərar "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa 29 dekabr 2024-cü il tarixində edilmiş mühüm dəyişikliklərin dövlət qurumlarının praktikasında tətbiqini mümkün qıldı. Belə ki, bundan sonra dövlət rüsumlarının ödənişi və uçotu Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq "e-bildiriş" üzərindən həyata keçiriləcək. "e-bildiriş" sistemi dövlət rüsumu üzrə hesablamaların real vaxt rejimində aidiyyəti orqan tərəfindən əldə edilməsini, habelə artıq ödənilmiş və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin sistem üzərindən qəbul olunmasını təmin edəcək.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
“Lisenziyalar və İcazələr Haqqında” Azərbaycan Respublikasının Qanununda Dəyişiklik edilir
#Rightwellton #Hüquq #Sahibkarlıq #İcazələr #Siyahı

22.4.2025

“Lisenziyalar və İcazələr Haqqında” Azərbaycan Respublikasının Qanununda Dəyişiklik edilir

Rightwellton xəbər verir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunununda yer alan Sahibkarlıq fəaliyyətinə verilən icazələrin Siyahısına dəyişiklik edilir.

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilən ərazilərin rezidentləri tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rusumlarından azad edilir. Azadolmalar İqtisadiyyat Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında tətbiq edilir.

 

Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla layihədə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilib. Bununla da işğaldan azad edilən ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd də icazələrin siyahısına daxil edilir.

 

Bu qanun həmin təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədə olacaq.

absolute_pic
Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi
#Rightwellton #Hüquq #Süniintellekt #Dövlətstrategiyası

22.2.2025

Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi

Rightwellton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025 – 2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.

 

Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

 

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.

 

Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.

 

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

absolute_pic